BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda zəlzələ olub - YENİLƏNDİ

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.


Respublika Seysmoloji Xidmət Mərkəzindən Pravda.az-a verilən xəbərə görə, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.


Zəlzələnin ocağı 4 km dərinlikdə yerləşib.

***

 

09:31

 

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.


Pravda.az-ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.


Məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub.
 

Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.


Tarix: 18 Yanvar 2026, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin