BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib.

 

Bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

 

“İspaniyanın Kordova şəhərində baş verən və çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olan faciəli qatar toqquşması xəbəri bizi dərin kədərləndirdi. Həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq”, - paylaşımda qeyd edilib.

Tarix: 19 Yanvar 2026, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin