BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfər Əbiyev: "Ay kişi, nə istəyirsən? Nəvələrimlə oynayıram..."

"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi".

 

Bu sözləri qardaşının ölüm xəbərinin yayılması ilə bağlı Manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib. Keçmiş nazir vətəndən xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib:

 

"Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü. Mən heç yerə köçməmişəm, vətənimdəyəm".

 

"Hazırda nə işlə məşğulsunuz?" sualına isə Səfər Əbiyev belə cavab verib:

 

"Jurnalistlər bir çox suallara cavab axtarırlar. Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir, sual verdin! " - deyə keçmiş müdafiə naziri bildirib.

Tarix: 20 Yanvar 2026, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin