BURADA REKLAMINIZ OLA
BİLƏR

NİİM sürücülərə müraciət etdi: Sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

 

Müraciətdə deyilir ki, verilən proqnoza əsasən paytaxtda havanın gecə saatlarında şaxtalı olacağı gözlənilir.

 

“Bəzi yolların buz bağlayacağı və sürüşmə ehtimalının artacağını nəzərə alaraq, sürücülər nəqliyyat vasitəsini sürətlə idarə etməkdən çəkinməlidirlər. Onların ehtiyatlı davranması, eləcə də nasazlıq baş verdikdə avtomobili dərhal yolun kənarına çəkməsi vacibdir. Yollarda sürücülər üçün təhlükəli vəziyyət yaranacağı təqdirdə bir sıra küçə və prospektlərdə sürət həddi endiriləcək.

 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol hərəkəti iştirakçılarının mütəmadi məlumatlandırılması təmin ediləcək", - məlumatda qeyd edilib.

Tarix: 20 Yanvar 2026, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin