Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Loğman Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Loğman Babyevin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttihama görə, 2025-ci il avqustun 12-də saat 11:00 radələrində Loğman Babayev ailə münasibətlərinin pozulması səbəbindən boşanma ərəfəsində olduğu həyat yoldaşı, zərərçəkmiş Təhminə Səfərovanın (adı, soyadı şərtidir) yaşadığı Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən nömrəsiz fərdi evə gəlib. Görüş zamanı təqsirləndirilən şəxs qadına boşanmaq istəmədiyini bildirərək, kirayəyə tutduğu evə köçüb onunla birlikdə yaşamasını təklif edib.
Hadisə Təhminənin masanın üzərində olan mobil telefonunu tələsik şəkildə götürüb cibinə qoyması ilə davam edib. Loğman bundan şübhələnərək telefonu zorla zərərçəkmişdən alıb, şifrəsini açaraq baxıb. Telefonda zərərçəkmişin qohumu ilə yazışmalarını və birlikdə çəkilmiş şəkillərini, eləcə də şəxsiyyəti istintaqa məlum olmayan şəxslə avtomobildə videoçəkilişlərini gördükdən sonra qısqanclıq zəminində aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Loğman qonaq otağında Təhminəni boğaz və qolundan tutaraq yerə yıxıb, dizləri ilə üzərinə çıxaraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxsə burun, alt dodaq və qarın nahiyələrinin sıyrıqları, sol və sağ dirsəklərin, sağ əlin, sağ baldırın, sağ dabanın, sol ayağın üst səthinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirilib.
Məhkəmə iclasında Loğman Babayev ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. İfadəsində deyib ki, Təhminə onun keçmiş həyat yoldaşıdır və hadisə günü telefonda başqa şəxslərlə video görüntülərini gördüyü üçün əsəbiləşərək telefonu əlindən alıb. Zərərçəkmişin yüksək səslə qışqırdığını əsas gətirərək onun ağzından tutduğunu etiraf edib. Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi şəkildə etiraf edərək, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edib.
Təhminə Səfərova məhkəmədə verdiyi ifadəsində bildirib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşı olub və həmin tarixdə onu döyərək xəsarət yetirib. Zərərçəkmiş şəxs şikayətçi olduğunu deyərək Loğmanın cəzalandırılmasını istəyib.
Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi də “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya qərarının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin