BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı-Sumqayıt-Bakı ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar

Bu gündən etibarən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

 

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

 

Bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

 

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

Tarix: 21 Yanvar 2026, 13:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin