Ali Məhkəmədə əzab vermədə və seksual xarakterli hərəkətlərə məcbur etmədə təqsirləndirilən Namiq Cəfərovun (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Namiq Cəfərov ailə-məişət münasibətləri zəminində rəsmi nikahda olduğu həyat yoldaşı Mələk Cəfərovaya (adı, soyadı şərtidir) qarşı davamlı olaraq zorakılıq və işgəncə hərəkətləri törədib. O, 2021-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər müxtəlif vaxtlarda arvadının iradəsinə zidd olaraq fiziki zorakılığa, psixoloji təzyiqlərə və əxlaqsız hərəkətlərə məruz qoyub.
Belə ki, təqsirləndirilən şəxs ailə münasibətlərində əsassız qısqanclıq, qisasçılıq və aqressiya zəminində dəfələrlə arvadını nalayiq sözlərlə təhqir edib, müxtəlif vaxtlarda yumruq və təpik zərbələri vuraraq bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib, boğazından tutaraq boğub, saçlarını yolaraq sürüyüb divara çırpıb, həmçinin bərk-küt əşyalarla vuraraq güclü fiziki ağrı və psixi iztirablar verib.
Bundan əlavə, Namiq Cəfərov zərərçəkmiş şəxsi onun razılığı olmadan intim xarakterli hərəkətlərə məcbur edib, qeyri-etik davranışlara məruz qoyaraq şəxsi ləyaqətini alçaldıb. O, bu hərəkətləri ailə mənzilində və digər ünvanlarda dəfələrlə həyata keçirib, hətta azyaşlı övladlarının gözü qarşısında zorakılıq göstərərək ailədə ağır psixoloji mühit yaradıb.
Nəticədə, zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alıb, sağlamlığına yüngül və orta dərəcəli zərər yetirilib, eyni zamanda davamlı döymə və zorakı hərəkətlər səbəbindən güclü psixi iztirablara məruz qalıb.
İstintaq orqanı tərəfindən Namiq Cəfərovun əməli Cinayət Məcəlləsinin 133.2.6 (əzab vermə – təkrar törədildikdə) və 151-ci maddələri (seksual xarakterli hərəkətlərə məcbur etmə) ilə tövsif olunub.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsində qərarına əsasən, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib.
Kamal Məmmədov
13 Fevral 10:22
13 Fevral 09:59
13 Fevral 09:56
13 Fevral 09:55
13 Fevral 09:54
13 Fevral 09:53
13 Fevral 09:51
13 Fevral 09:49
13 Fevral 09:47
13 Fevral 09:46
13 Fevral 09:45
13 Fevral 09:03
13 Fevral 01:28
13 Fevral 01:26
12 Fevral 22:41
12 Fevral 21:23
12 Fevral 20:28
12 Fevral 20:10
12 Fevral 19:08
12 Fevral 19:05
12 Fevral 19:04
12 Fevral 18:59
12 Fevral 18:42
12 Fevral 18:31
12 Fevral 17:37
12 Fevral 17:03
12 Fevral 16:55
12 Fevral 16:54
12 Fevral 16:52
12 Fevral 16:35
12 Fevral 16:18
12 Fevral 16:17
12 Fevral 16:16
12 Fevral 16:12
12 Fevral 16:11
12 Fevral 16:10
12 Fevral 16:08
12 Fevral 16:01
12 Fevral 15:48
12 Fevral 15:39
12 Fevral 15:33
12 Fevral 15:23
12 Fevral 15:20
12 Fevral 15:14
12 Fevral 15:08
12 Fevral 14:38
12 Fevral 14:15
12 Fevral 14:09
12 Fevral 13:55
12 Fevral 13:52
12 Fevral 13:30
12 Fevral 13:28
12 Fevral 13:12
12 Fevral 13:11
12 Fevral 12:58
12 Fevral 12:54
12 Fevral 12:52
12 Fevral 12:29
12 Fevral 12:23
12 Fevral 12:18
12 Fevral 12:15
12 Fevral 12:12
12 Fevral 11:59
12 Fevral 11:52
12 Fevral 11:16
12 Fevral 11:15
12 Fevral 11:13
12 Fevral 10:35
12 Fevral 10:34
12 Fevral 10:17
12 Fevral 10:15
12 Fevral 10:12
12 Fevral 10:08
12 Fevral 10:05
12 Fevral 09:51
12 Fevral 09:47
12 Fevral 09:40
12 Fevral 09:05
12 Fevral 08:51
12 Fevral 08:46
12 Fevral 08:38
12 Fevral 08:35
12 Fevral 08:30
12 Fevral 08:24
12 Fevral 08:17
12 Fevral 08:10
12 Fevral 08:02
12 Fevral 07:49
12 Fevral 07:48
12 Fevral 07:44
12 Fevral 00:12
11 Fevral 23:59
11 Fevral 23:09
11 Fevral 22:34
11 Fevral 22:18
11 Fevral 20:36
11 Fevral 19:59
11 Fevral 19:07
11 Fevral 19:06
11 Fevral 19:01
11 Fevral 18:28
11 Fevral 18:27
11 Fevral 18:07
11 Fevral 17:50
11 Fevral 17:41
11 Fevral 17:40
11 Fevral 17:38
11 Fevral 17:36
11 Fevral 17:34
11 Fevral 16:52
11 Fevral 16:43
11 Fevral 16:40
11 Fevral 16:24
11 Fevral 16:18
11 Fevral 16:11
11 Fevral 16:09
11 Fevral 15:41
11 Fevral 15:35
11 Fevral 15:23
11 Fevral 15:17
11 Fevral 15:15
11 Fevral 15:03
11 Fevral 14:26
11 Fevral 14:12
11 Fevral 14:01
11 Fevral 13:59
11 Fevral 13:54
11 Fevral 13:46
11 Fevral 13:38
11 Fevral 13:36
11 Fevral 12:52
11 Fevral 12:51
11 Fevral 12:42
11 Fevral 12:41
11 Fevral 12:37
11 Fevral 12:24
11 Fevral 12:17
11 Fevral 12:14
11 Fevral 12:13
11 Fevral 11:40
11 Fevral 11:07
11 Fevral 10:55
11 Fevral 10:54
11 Fevral 10:51
11 Fevral 10:16
11 Fevral 10:12
11 Fevral 09:15
11 Fevral 09:13
11 Fevral 09:10
11 Fevral 08:54
Ən son xəbərləri səhifəmizdən də izləyin