BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlandı

Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb.

 

Bu barədə Təhsil Tələbə Krediti Fondu (TTFK) məlumat yayıb.

 

Qeyd edilib ki, 2025-26-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu yanvarın 31-i saat 23:59-da başa çatacaq. 2025-26-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə fevralın 1-i saat 00:00-dan başlayacaq.

 

Müraciətlər bayram günləri və həftəsonları da daxil olmaqla hər gün qəbul olunur.

 

Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

 

TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər.

Tarix: 23 Yanvar 2026, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin