BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş həkim "Azəriqaz"ı məhkəməyə verdi - 79 min manat borca görə

“Azəriqaz” İstehsalat Birliyi Şabran Rayon Mərkəzi Xəstəxanasına 79 min 164 manat 90 qəpik borc yazıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, xəstəxananın baş həkimi Usubov Aslan Şahhüseyn oğlu "əsassız borcun silinməs"i barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

 

Hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılan iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılıb.

 

Məhkəmə qərardadı belə əsaslandırıb ki, iddia ərizəsində iddiaçı qismində Şabran rayon Xəstəxanası, cavabdeh qismində Xaçmaz Regional Qaz İstismar İdarəsi göstərildiyi halda, elektron ərizədə isə iddiaçı qismində Usubov Aslan Şahhüseyn oğlu (xəstəxananın baş həkimi), cavabdeh qismində “Azəriqaz” İstehsalat Birliyi göstərilib.

 

Bundan başqa, iddia ərizəsində göstərilən 2-ci tələb - məhkəmə prosesinin gedişatı və işin mahiyyəti üzrə qəbul olunacaq qətnamənin qanuni qüvvəyə minəcəyi tarixə qədər cavabdehə iddiaçı müəssisənin qaz təminatının dayandırılması və s. bu kimi müəyyən hərəkətləri etməsinin qadağan olunması istənilib.

 

Məhkəmə hesab edib ki, bu tələb məzmun etibarı ilə iddianı təmin etmə tədbiri ayrıca ərizə formasında verilməli olduğu halda, iddia tələbində göstərilib.

 

İddia ərizəsində qanunvericilikdə müəyyən edilən forma və məzmuna riayət edilmədiyinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarıb.

 

Tarix: 14 Dekabr 2019, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin