Qızılla yanaşı brilliant da dəyərli zinət əşyası hesab edilsə də, son zamanlar vətəndaşlar zinət əşyalarını satarkən qaşların nəzərə alınmadığını, hesablamaların yalnız qızılın dəyəri əsasında aparıldığını bildirirlər. Eyni vəziyyət banklarda da müşahidə olunur. Kredit götürmək məqsədilə zinət əşyalarını girov qoyan vətəndaşlar vəsaitin brilliant qaşa görə deyil, yalnız qızılın çəkisi və əyarı əsasında müəyyən edildiyini deyirlər.
Bəs bu qədər dəyərli və bahalı daşlar satılarkən niyə hesaba alınmır?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən zərgər Araz İslamovun sözlərinə görə, zinət əşyalarının satışı zamanı brilliant qaşlar və qızıl ayrı-ayrılıqda hesablanır: “Əgər qaş təmiz brilliantdırsa, onun dəyəri karatına və tərkibinə görə müəyyən edilir. Brilliantın rəngi D – Z şkalası ilə ölçülür: D–F Tam şəffaf (ən bahalı), G–J az sarılıq (normal keyfiyyət) K–Z Sarılıq çoxdur (ucuz). Təmizliyinə görə isə FL / IF – Ləkəsiz (ən yüksək), VVS1–VVS2 – çox az qüsur, VS1–VS2 – az görünən, SI1–SI2 – gözlə görünə bilər, I1–I3 – qüsurlar çoxdur deyə nəzərdə tutulur. Ən yaxşı brilliant isə D–F rəng + VVS/VS təmizlik + Excellent kəsim hesab edilir. Kimsə brilliant qaşların hesablanmadığını deyirsə, həmin insanlara inanmayın. Vətəndaşlara tövsiyə olunur ki, zinət əşyası alarkən zərgər qaşa lupa və ya mikroskop vasitəsilə baxıb yoxlasın. Daşın içində ləkə, duz və ya kömür olub-olmadığı yoxlanılmalıdır. Bu cür qüsurlar olmadıqda brilliant qaş təmiz hesab olunur və daha baha qiymətləndirilir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, zinət əşyası alarkən brilliant və digər qiymətli daşlar bahalı olur, çünki onların emalı, dizaynı, keyfiyyəti və nadirliyi qiymətə daxil edilir:
“İnsan zinət əşyasını alanda bu daşların dəyəri satış qiymətində böyük rol oynayır. Amma banklarda kredit üçün qızılları girov qoyanda və ya zinət əşyasını satmaq istəyəndə vəziyyət fərqlidir. Bunun səbəbi odur ki, brilliant və digər daşların qiyməti subyektivdir. Qiymət, daşın kəsimi, təmizliyi, rəngi və karatı kimi bir çox faktorlardan asılıdır və standart bir bazar qiyməti yoxdur. Bank və ya qızıl alverçiləri üçün bu, risklidir. Əgər daşın real bazar qiymətini düzgün qiymətləndirməsələr, kredit verərkən və ya alqı-satqıda zərər görmə ehtimalı yüksəkdir. Buna görə də, praktikada yalnız qızılın çəkisi və karatı üzrə standart qiymət nəzərə alınır. Qızılın qiyməti asanlıqla ölçülür, bazar dəyəri açıq və sabitdir, daş isə qiymətləndirmədə subyektivdir və satış zamanı dəyəri dəyişə bilər. Brilliant sıradan çıxmır, sadəcə, bank və ya girov qiymətləndirməsində onun dəyəri riskli olduğundan nəzərə alınmır. Brilliant qaşlar qiymətli olsa da, girov və kredit üçün “etibarlı” və standart qiyməti olmadığından qızıl kimi qiymətləndirilmir. Bu daşlar itmir və zinət əşyasının dəyərini hələ də artırır, sadəcə bank əməliyyatlarında bu element təhlükəsizlik və standartlıq səbəbi ilə nəzərə alınmır. Hazırda Bakıda satılan zinət əşyalarının qiymətli daşlarının əksəriyyəti saxtadır, bu da məsələyə psixoloji təsir göstərir”.
Şəhanə Quliyeva
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin