Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rizvan Hacıyevin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, “Konstutisiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6, 5.2.2, 5.3-cü bəndlərinə əsasən təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub. Rizvan Hacıyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
İttiham aktına görə, təqsirləndirilən şəxs qayını ilə əlbir olaraq qabaqcadan razılaşmaqla qrup halında xuliqanlıq cinayəti törətmişdir.
Belə ki, Rizvan Hacıyev 8 iyul 2024-cü il tarixdə, saat 19 radələrində Göygöl rayonunun Bəhrəmbəy kəndində yerləşən kafedə qayını Emin Məmmədovla birgə yemək yeyib, pivə içərkən həmin obyektə gələn həmkəndlisi, zərərçəkmiş Xanlar Nəbiyev (soyadı şərtidir) də onlarla bir masaya əyləşib. Yemək və içki qəbul etdikdən sonra təqsirləndirilən şəxs sərxoş vəziyyətdə zərərçəkmiş şəxsə bir müddət əvvəl həyat yoldaşına pul təklif etməsi ilə bağlı irad bildirib və bu zaman aralarında mübahisə yaranıb. Mübahisə zamanı Rizvan və qayını, kafedə digər şəxslərin gözü qarşısında Xanlara nalayiq ifadələrlə söyüş söyərək və zor tətbiq etməklə xuliqanlıq hərəkətləri törədib.
Hadisə zamanı Emin Məmmədov yumruqla zərərçəkmiş şəxsin burun nahiyəsinə zərbə endirərək onun burun sümüyünün açıq sınığı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirib. Təqsirləndirilən şəxs isə Xanları nalayiq ifadələrlə təhqir edərək sifət və bədəninin müxtəlif hissələrinə yumruq zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxsdə sağ yanaq nahiyəsində hematoma, üst dodaqda qansızma, sol kürək nahiyəsində qançırlar yaranıb.
Hadisədən sonra Rizvan Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlığın məhdudlаşdırılmаsı (elektron qolbaq) cəzasına məhkum edilib.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin