BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb, vəziyyəti ağırdır - YENİLƏNDİ

“Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.

 

O, Gəncədə hücuma məruz qalıb.

 

Klubdan verilən məlumata görə, yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib. Hadisənin hansı zəmində baş verdiyi isə bildirilməyib.

 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, bu gün saat 05:10 radələrində 2002-ci il təvəllüdlü Veysəl Rzayev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

09:23

 

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az APA-ya istinadən bildirir ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

 

O dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur.

 

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub.

Tarix: 3 Fevral 2026, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin