Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada, qanunsuz azadlıqdan məhrum etmədə, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmədə, quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Rahim Ələsgərlinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Rahim Ələsgərli yetkinlik yaşına çatmayanların tərbiyəsi və saxlanılması vəzifəsini daşıyan şəxs kimi öz azyaşlı övladlarını aldadaraq cinayətkar fəaliyyətə cəlb edib, bir qrup şəxs halında zərərçəkmiş Daşqın Mansırlını (adı, soyadı şərtidir) qanunsuz olaraq azadlıqdan məhrum edib, ona ağır bədən xəsarətləri yetirib və hədə-qorxu yolu ilə pul tələb edib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs rəsmi nikahda olduğu həyat yoldaşı S.S.-in (adı, soyadı şərtidir) spirtli içki qəbul etməsi və ailə münaqişəsi səbəbilə evi tərk etməsindən sonra qadının birlikdə cücə kəsimi sexində işlədiyi iş yoldaşı, zərərçəkmiş Daşqın Mansırlı ilə münasibətdə olduğunu iddia edib. Bu əsasla 27 sentyabr 2024-cü il tarixdə, saat 21 radələrində zərərçəkmiş şəxslə görüşərək çay içib söhbət etmək adı ilə onu aldadıb.
Rahim idarə etdiyi “BMW” markalı avtomobillə Daşqını Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən fərdi yaşayış evinə aparıb. Burada o, yetkinlik yaşına çatmayan - 2010-cu il təvəllüdlü M.Ə. və 2008-ci il təvəllüdlü E.Ə.-nin (hər ikisinin adı, soyadı şərtidir) övladlarını cinayət əməllərinə cəlb edib.
Atasının tapşırığı ilə E.Ə.-nin gətirdiyi yapışqanlı skoç vasitəsilə, böyük qardaşı M.Ə.-nin köməkliyi ilə Daşqının qollarını, ayaqlarını və ağzını bağlayıb. Daha sonra Rahim zərərçəkmiş şəxsdən həyat yoldaşı ilə münasibətdə olmasını, ona kirayə ev tutduğunu və maddi köməklik göstərdiyini etiraf etməsini tələb edərək, yumruq və təpik zərbələri ilə onun baş, kürək və bədənin müxtəlif nahiyələrinə qəsdən xəsarətlər yetirib.
Cinayətkar əməllər bununla da bitməyib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin mobil telefonunu əlindən alaraq orada həyat yoldaşına aid şəxsiyyət vəsiqəsinin fotoşəklini görüb, həmin görüntünü böyük oğluna göstərərək anasının onları tərk etməsinə Daşqının səbəb olduğunu bildirib. O, həmin oğlunu aldadaraq zərərçəkmiş şəxsə iki dəfə şillə vurmağa sövq edib.
Daha sonra Rahim zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək, silah qismində istifadə edilən dəmir profillə onun baş nahiyəsinə zərbə endirib. Nəticədə Daşqına ənsə sümüyünün xətti sınığı, həmin nahiyədə epidural hematoma və ənsə nahiyəsinin yumşaq toxumalarının qançırı şəklində sağlamlığa qəsdən ağır zərər vurmaya aid xəsarətlər yetirilib.
İttihama görə, təqsirləndirilən şəxs Daşqını 27 sentyabr 2024-cü il tarixindən 28 sentyabr 2024-cü il tarixinədək iradəsinə zidd olaraq yaşadığı evdə saxlayıb, onun sərbəst hərəkət etmək, yaxın qohumları və digər şəxslərlə əlaqə saxlamaq imkanlarını məhdudlaşdırmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib. Bu əməllər ağır nəticələrə səbəb olub.
Bununla yanaşı, Rahim cinayətkar niyyətini davam etdirərək, sağlamlığına ağır zərər vurduğu zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb edib. Belə ki, o, Daşqının üzərində olan 20 manat nağd pulu, bank kartında olan 100 manatı, eləcə də əlavə olaraq 1500 manat pul vəsaitini tələb edib. Nəticədə 27 sentyabr 2024-cü il tarixdə 20 manat, 28 sentyabr 2024-cü il tarixdə isə saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığındakı ATM-dən zərərçəkmiş şəxsin bank kartından çıxarılmış 100 manat pulu ələ keçirib.
Bundan sonra təqsirləndirilən şəxs Daşqını sərbəst buraxıb.
Hadisədən sonra Rahim Ələsgərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov
14 Fevral 17:13
14 Fevral 17:09
14 Fevral 16:53
14 Fevral 16:51
14 Fevral 16:11
14 Fevral 15:59
14 Fevral 15:04
14 Fevral 14:36
14 Fevral 13:58
14 Fevral 13:33
14 Fevral 12:54
14 Fevral 12:53
14 Fevral 12:52
14 Fevral 12:27
14 Fevral 12:06
14 Fevral 12:04
14 Fevral 11:12
14 Fevral 10:30
14 Fevral 09:51
14 Fevral 09:49
14 Fevral 08:45
14 Fevral 08:33
14 Fevral 08:30
14 Fevral 01:27
14 Fevral 01:25
14 Fevral 01:24
14 Fevral 01:23
14 Fevral 01:20
14 Fevral 01:17
14 Fevral 01:16
13 Fevral 23:43
13 Fevral 23:41
13 Fevral 23:27
13 Fevral 23:26
13 Fevral 23:25
13 Fevral 23:23
13 Fevral 23:22
13 Fevral 21:17
13 Fevral 21:13
13 Fevral 21:12
13 Fevral 21:10
13 Fevral 20:12
13 Fevral 20:11
13 Fevral 20:04
13 Fevral 20:03
13 Fevral 19:17
13 Fevral 18:55
13 Fevral 18:52
13 Fevral 18:50
13 Fevral 18:48
13 Fevral 18:46
13 Fevral 18:41
13 Fevral 18:38
13 Fevral 18:36
13 Fevral 18:23
13 Fevral 18:05
13 Fevral 17:55
13 Fevral 17:30
13 Fevral 17:28
13 Fevral 17:00
13 Fevral 16:56
13 Fevral 16:55
13 Fevral 16:39
13 Fevral 16:26
13 Fevral 15:59
13 Fevral 15:58
13 Fevral 15:09
13 Fevral 15:07
13 Fevral 14:45
13 Fevral 14:23
13 Fevral 14:21
13 Fevral 14:19
13 Fevral 13:40
13 Fevral 13:32
13 Fevral 13:18
13 Fevral 13:12
13 Fevral 13:10
13 Fevral 13:08
13 Fevral 12:57
13 Fevral 12:56
13 Fevral 12:42
13 Fevral 12:38
13 Fevral 12:36
13 Fevral 12:35
13 Fevral 12:33
13 Fevral 12:31
13 Fevral 11:31
13 Fevral 11:18
13 Fevral 11:15
13 Fevral 11:08
13 Fevral 11:07
13 Fevral 11:06
13 Fevral 11:05
13 Fevral 10:22
13 Fevral 09:59
13 Fevral 09:56
13 Fevral 09:55
13 Fevral 09:54
13 Fevral 09:53
13 Fevral 09:51
13 Fevral 09:49
13 Fevral 09:47
13 Fevral 09:46
13 Fevral 09:45
13 Fevral 09:03
13 Fevral 01:28
13 Fevral 01:26
12 Fevral 22:41
12 Fevral 21:23
12 Fevral 20:28
12 Fevral 20:10
12 Fevral 19:08
12 Fevral 19:05
12 Fevral 19:04
12 Fevral 18:59
12 Fevral 18:42
12 Fevral 18:31
12 Fevral 17:37
12 Fevral 17:03
12 Fevral 16:55
12 Fevral 16:54
12 Fevral 16:52
12 Fevral 16:35
12 Fevral 16:18
12 Fevral 16:17
12 Fevral 16:16
12 Fevral 16:12
12 Fevral 16:11
12 Fevral 16:10
12 Fevral 16:08
12 Fevral 16:01
12 Fevral 15:48
12 Fevral 15:39
12 Fevral 15:33
12 Fevral 15:23
12 Fevral 15:20
12 Fevral 15:14
12 Fevral 15:08
12 Fevral 14:38
12 Fevral 14:15
12 Fevral 14:09
12 Fevral 13:55
12 Fevral 13:52
12 Fevral 13:30
12 Fevral 13:28
12 Fevral 13:12
12 Fevral 13:11
12 Fevral 12:58
12 Fevral 12:54
12 Fevral 12:52
Ən son xəbərləri səhifəmizdən də izləyin