BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa prokurorluğu Maskı dindirməyə çağırıb, “X”-in Parisdəki ofisində axtarış aparılıb

Fransa polisi “X” şirkətinin Parisdəki ofisində axtarış aparıb.

 

Axtarış alqoritmlərin sui-istifadəsi ilə bağlı bir ildən çoxdur davam edən araşdırma çərçivəsində aparılıb.

 

Paris prokurorluğu “X” platformasında süni intellekt çatbotu olan “Grok”la bağlı şikayətləri nəzərə alaraq araşdırmaları genişləndirib.

 

İstintaq, eyni zamanda, “X”-dən uşaq pornoqrafiyası və şəxsi şəkillərin mahiyyətinin “Deepfake” vasitəsilə seksual yöndə dəyişdirilməsi və yayılması üçün istifadə olunması üzrə iddiaları da araşdırır.

 

Şirkətin sahibi İlon Mask aprelin 20-də dindirilməsi üçün prokurorluğa çağırılıb.

 

“X” şirkətinin digər əməkdaşları da şahid qismində prokurorluğa dəvət ediliblər./APA

Tarix: 3 Fevral 2026, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin