BURADA REKLAMINIZ OLA
BİLƏR

Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı

Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin paytaxtın Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb. Faktı "Teleqraf"a açıqlamasında Q.Salahzadənin özü təsdiqləyib.

 

Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.

 

"Obyektlər Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1 200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəyəm", - deyə Q.Salahzadə bildirib.

 

Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb. Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.

Tarix: 3 Fevral 2026, 19:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin