BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən xəbərə görə, səhər və axşam  bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 5-8° isti, gündüz  10-13° isti, Bakıda gecə 6-8°, gündüz  11-13°  isti olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-7° isti, gündüz  8-13°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

 

Dekabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əsasən əlverişlidir.

Tarix: 14 Dekabr 2019, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin