BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb - YENİLƏNDİ

Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb.

 

Saxlanılan şəxs ötən gecə səhhətində yaranan problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada vəfat edib.

 

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

 

Cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

 

Ölüm faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

 

***

14:22

 

Cəlilabadda qardaşı uşaqlarını baltalayan rayon sakini həbsdə ölüb.

 

O, saxlanıldığı təcridxanada vəfat edib.

 

Ölüm faktının harada baş verdiyi və səbəbi barədə məlumat verilmir.

 

Qeyd edək ki, hadisə fevralın 1-də Cəlilabad rayonunda baş verib. Rayon sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə. Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə. Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub./APA

Tarix: 4 Fevral 2026, 15:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin