BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlunun üzv olacağı partiyanın adı açıqlandı

Bir müddət əvvəl Müsavat Partiyasından istefa verən hüquq müdafiəçisi Novella Cəfəroğlunun Vəhdət Partiyasına üzv olacağı bildirilir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, N.Cəfəroğlu artıq Vəhdət Partiyasında fəaliyyət göstərir.

 

Məlumatı dəqiqləşdirmək üçün saytımızın əməkdaşı Novella Cəfəroğlu ilə əlaqə saxlayıb.

 

N.Cəfəroğlu hələlik bu barədə qəti qərar vermədiyini deyib. 

 

N.Cəfəroğlu əməkdaşımızın "bəs nə üçün adınız Vəhdət Partiyası ilə hallanır?" sualına isə belə cavab verib: “Vəhdət Partiyasına vacib deyil ki, üzv olum. Rəhbərlik etdiyim təşkilat böyük bir partiyadır! Sadəcə, partiya sədri Adəm İsmayıl Bakuvi yaxın dostum və oğlumdur. Ona söz vermişəm harada olsa, yanındayam. Partiyada dostlarım var. Bakı və Kəndlər Birliyi ilə Milli Azadlıq Hərəkatında çox işlər görmüşük. İndi də bu partiyanı gözəl insanlar təmsil edirlər. İşgüzar, təmiz insanlardır. Qadınlar, gənclər çox aktivdirlər. Baxıram, nə qədər səmərəli addımlar atırlar. Buna görə də həmişə yanlarındayam. Bir dost,  bir böyük kimi! Vəhdət Partiyası bir komanda kimi bu neçə ayda çox aktivlik nümayiş etdirib. Bu partiyada olub-olmamaq vacib deyil, həmişə yanlarında olacağam!”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Fevral 2026, 14:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin