BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayrağı təhqir etdiyi üçün kirayədə qaldığı evin sahibini öldürən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Zahid İsayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə 2024-cü ilin il iyulun 20-də gecə saatlarında paytaxtın Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, 1965-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Zahid İsayev aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətlə yetirib.

 

Zahid İsayev saxlanılaraq istintaqa təhvil verilib, barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadəsi zamanı mərhum Tahir Əliyev onun ünvanına nalayiq ifadələr işlətməklə yanaşı kirayədə qaldığı otaqda divardan asdığı dövlət bayrağını da təhqir edib. Bundan sonra o, hiddətlənərək ev sahibinə çoxsaylı bıçaq zərbələri endirdiyini söyləyib.

 

Zahid İsayev Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 5 Fevral 2026, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin