BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavəndin Qırmızı Bazar - Tağaverd kəndində fərdi yaşayış evlərinin təmir işlərinə 4.7 milyon sərf olunacaq

Xocavənd rayonunun Qırmızı Bazar- Tağaverd kəndində fərdi yaşayış (80 ev – 13600 m2) evlərinin təmir işlərinə 4 746 339 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Azər İnşaat Quraşdırma Təmir Tikinti” MMC və "Frekans Construction and Energy Company" MMC Konsorsiumu həyata keçirəcək.

 

Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni tender elan olunmayıb, satınalma birbaşa həyata keçirilib.

 

Cabir

Tarix: 5 Fevral 2026, 09:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin