BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevgililər günündə münasibətləri zədələyən 4 vərdiş

Amerikalı psixoloq Mark Travers Sevgililər günündə münasibətlərə zərər verə biləcək dörd vərdişi açıqlayıb.

 

Pravda.az bildirir ki, bu vərdişlər əksər hallarda tərəflər arasında yaxınlığı gücləndirmək əvəzinə, onu zəiflədir.

 

Diqqətdən qaçırılmamalı vərdişlər bunlardır:

 

Süni jestlər: Sosial media üçün hazırlanan romantik hərəkətlər əsl emosional bağlılıq yaratmır.

 

Münasibəti “yoxlamaq”: Gün boyu münasibəti sınağa çevirən davranışlar tərəflər arasında çıxılmazlıq hissi yarada bilər.

 

Həddindən artıq minnətdarlıq: Bütün duyğuları yalnız pozitiv şəkildə ifadə etməyə çalışmaq əsl hisslərin gizlənməsinə səbəb olur.

 

Ssenariyə əsaslanan romantiklik: Hər şeyi əvvəlcədən planlaşdırmaq yenilik və qarşılıqlı kəşf imkanlarını məhdudlaşdırır.

 

M.Travers vurğulayır ki, əsl yaxınlıq planlaşdırılmamış və qarşılıqlı anlayışa əsaslanır. Planlaşdırılmış vərdişlər isə bu təcrübəni zəiflədə bilər.

 

Əminə Bayramova

Tarix: 5 Fevral 2026, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin