BURADA REKLAMINIZ OLA
BİLƏR

Amerikalılar niyə evdə deyil, çamaşırxanada paltar yuyur?

ABŞ‑da çamaşırxanalar (laundromat) hələ də geniş istifadə olunur və bu, yalnız qənaətlə bağlı deyil.

 

Pravda.az bildirir ki, xüsusilə kirayədə və böyük şəhərlərdəki mənzillərdə yaşayan amerikalıların çoxunun evində çamaşır maşını yoxdur. Bu səbəbdən çamaşırxanalar praktik və rahat seçim olaraq qalır.

 

Böyük və güclü maşınlar, eyni anda çox paltar yuma imkanı və böyük əşyaların – döşək, ədyal kimi vasitələrin rahat yuyulması çamaşırxanaları daha cəlbedici edir.

 

Bu ənənə 20-ci əsrdə başlamış və hələ də gündəlik həyatda vacib rol oynayır. Çamaşırxanalar amerikalılar üçün həm praktiki, həm də mədəni seçim olaraq qalır.

 

Əminə Bayramova

Tarix: 5 Fevral 2026, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin