Şirvan Apellyasiya Məhkəməsində məhkəmənin qərarını, yaxud digər aktını icra etməməkdə təqsirləndirilən Saleh Bəkirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Beyləqan Rayon Məhkəməsinin hökmü amnistiya aktının tətbiqi ilə əlaqədar dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən təqsirləndirilən şəxs həmin hökmlə təyin olunmuş 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılıb və onun üzərində qəti olaraq 1 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Məhkəmənin müəyyən etdiyi hallara görə, Saleh Bəkirov cavabdeh qismində Beyləqan Rayon Məhkəməsinin 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməyib. Həmin qətnaməyə əsasən, 2004-cü il təvəllüdlü oğlan və 2007-ci il təvəllüdlü qız uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində sabit pul vəsaitinin keçmiş arvadı S.S.-in (adı, soyadı şərtidir) xeyrinə ödənilməsi nəzərdə tutulub.
Məlum olub ki, təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmədiyinə görə əvvəlcə inzibati məsuliyyətə cəlb edilib. Belə ki, Beyləqan Rayon Məhkəməsinin 2024-cü il tarixli qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs olunub. Eyni zamanda, icra sənədində göstərilən tələblərin yerinə yetirilməsi üçün ona yeni müddət təyin edilib və həmin tarixdə rəsmi qaydada məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilib. Buna baxmayaraq, Saleh Bəkirov qanunsuz hərəkətlərini davam etdirib və cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən tarixədək 31 000 manat məbləğində aliment borcunu ödəməyib. Nəticədə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirib.
Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin bu hərəkətləri Cinayət Məcəlləsinin 306.1-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini yaradıb.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Saleh Bəkirov 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinə şikayət verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdi.
Qeyd: Saleh Bəkirov əvvəllər dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə təqsirli bilinərək, 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Sonradan ona şərti cəza verilib və vaxtından əvvəl azad olunub. Saleh Bəkirov ikinci dəfə həbs edilənə qədər onun məhkumluğu ödənilməmişdi.
Kamal Məmmədov
6 Sentyabr 00:26
6 Sentyabr 00:25
5 Sentyabr 23:03
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
5 Sentyabr 19:19
5 Sentyabr 19:01
5 Sentyabr 19:00
5 Sentyabr 18:58
5 Sentyabr 18:56
5 Sentyabr 18:54
5 Sentyabr 17:18
5 Sentyabr 16:04
5 Sentyabr 16:03
5 Sentyabr 15:32
5 Sentyabr 15:31
5 Sentyabr 15:29
5 Sentyabr 15:06
5 Sentyabr 14:17
5 Sentyabr 14:15
5 Sentyabr 13:52
5 Sentyabr 12:42
5 Sentyabr 12:36
5 Sentyabr 11:35
5 Sentyabr 10:38
5 Sentyabr 10:32
5 Sentyabr 09:58
5 Sentyabr 09:57
5 Sentyabr 09:18
5 Sentyabr 09:12
5 Sentyabr 09:09
5 Sentyabr 09:03
5 Sentyabr 01:30
5 Sentyabr 01:28
4 Sentyabr 22:19
4 Sentyabr 20:35
4 Sentyabr 20:30
4 Sentyabr 20:28
4 Sentyabr 20:27
4 Sentyabr 19:35
4 Sentyabr 18:59
4 Sentyabr 18:56
4 Sentyabr 18:55
4 Sentyabr 18:48
4 Sentyabr 18:42
4 Sentyabr 18:34
4 Sentyabr 18:25
4 Sentyabr 18:15
4 Sentyabr 18:07
4 Sentyabr 17:51
4 Sentyabr 17:45
4 Sentyabr 17:33
4 Sentyabr 17:22
4 Sentyabr 17:19
4 Sentyabr 17:14
4 Sentyabr 16:59
4 Sentyabr 16:44
4 Sentyabr 16:39
4 Sentyabr 16:38
4 Sentyabr 16:31
4 Sentyabr 16:27
4 Sentyabr 16:22
4 Sentyabr 16:18
4 Sentyabr 16:17
4 Sentyabr 16:10
4 Sentyabr 16:03
4 Sentyabr 15:59
4 Sentyabr 15:52
4 Sentyabr 15:45
4 Sentyabr 15:39
4 Sentyabr 15:33
4 Sentyabr 15:28
4 Sentyabr 15:19
4 Sentyabr 15:18
4 Sentyabr 15:16
4 Sentyabr 15:14
4 Sentyabr 14:57
4 Sentyabr 14:49
4 Sentyabr 14:42
4 Sentyabr 14:37
4 Sentyabr 14:31
4 Sentyabr 14:25
4 Sentyabr 14:20
4 Sentyabr 14:14
4 Sentyabr 14:10
4 Sentyabr 14:09
4 Sentyabr 14:02
4 Sentyabr 13:53
4 Sentyabr 13:44
4 Sentyabr 13:32
4 Sentyabr 13:18
4 Sentyabr 13:17
4 Sentyabr 13:08
4 Sentyabr 12:56
4 Sentyabr 12:50
4 Sentyabr 12:48
4 Sentyabr 12:40
4 Sentyabr 12:30
4 Sentyabr 12:24
4 Sentyabr 12:21
4 Sentyabr 12:19
4 Sentyabr 12:14
4 Sentyabr 12:09
4 Sentyabr 11:59
4 Sentyabr 11:50
4 Sentyabr 11:32
4 Sentyabr 11:26
4 Sentyabr 11:14
4 Sentyabr 11:05
4 Sentyabr 11:02
4 Sentyabr 10:40
4 Sentyabr 10:38
4 Sentyabr 10:35
4 Sentyabr 10:27
4 Sentyabr 10:21
4 Sentyabr 10:13
4 Sentyabr 10:08
4 Sentyabr 09:48
4 Sentyabr 09:47
4 Sentyabr 09:41
4 Sentyabr 09:37
4 Sentyabr 09:29
4 Sentyabr 09:17
4 Sentyabr 09:14
4 Sentyabr 08:36
4 Sentyabr 08:30
4 Sentyabr 08:26
4 Sentyabr 08:20
4 Sentyabr 08:13
4 Sentyabr 08:08
4 Sentyabr 08:04
4 Sentyabr 08:03
4 Sentyabr 08:01
4 Sentyabr 06:42
4 Sentyabr 06:40
4 Sentyabr 02:08
4 Sentyabr 02:05
4 Sentyabr 01:56
4 Sentyabr 01:46
4 Sentyabr 01:43
4 Sentyabr 01:18
3 Sentyabr 20:18
3 Sentyabr 19:10
3 Sentyabr 19:04
Ən son xəbərləri səhifəmizdən də izləyin