BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Musayev: “Azərbaycan sanksiyalardan yayınmağa çalışır”

“İran hazırda sanksiyalar altındadır, iqtisadiyyatı yaxşı deyil, tənəzzüldədir. Buna görə də Amerika təzyiq siyasətini davam etdirir. İranı zəiflətmək üçün ətraf ölkələrə də sanksiyalar sirayət edə bilər. İranın bir sıra ölkələrlə çox böyük iqtisadi-ticari əlaqələri var, onlara daha çox təsir edəcək. Təbii ki, biz bütün hallarda sanksiyalardan yayınmağa çalışırıq və çalışmalıyıq. Amerika sanksiyalar tətbiq edəndə Azərbaycana ciddi təsiri olacağını hesab etmirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

 

Deputat bildirib ki, İranla ABŞ arasında münasibətlər kifayət qədər gərgindir: “Amma nəzərə alaq ki, İranla Amerika arasında açıq gizli danışıqlar gedir. Amerikanın Prezidenti Donald Trampın da əsas məqsədi budur ki, öz istəklərinə nail olsun. İranın nüvə silahları, uzaqmənzilli raketləri ilə bağlı məsələlərdə Trampın iqtisadi maraqları var. Bununla əlaqədar danışıqlar gedir, amma mətbuata sızmır. İranı ram etmək üçün, təbii ki, ABŞ hökuməti həm də təzyiq mexanizmlərini işə salmaq istəyir. İranla əlaqəsi olan ölkələrə də psixoloji təsir göstərir. Bununla da İranı güzəştə getməyə məcbur edir”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Fevral 2026, 14:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin