Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Murad Abdullazadənin barəsindəki hökmdən verilən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətləri təmin olunmayıb, dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, Lənkəran Rayon Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Murad Abdullazadəyə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin edilmiş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən qismən toplanılaraq, ona 2 il 3 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin olunub. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5, 5.2.3 və 3.1-ci bəndlərinə əsasən, təqsirləndirilən şəxs hökmlə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təyin edilmiş 4 il müddətə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılaraq, onun üzərində qəti olaraq 2 il 3 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İttihama görə, hadisə 2023-cü il iyunun 6-da saat 22:10 radələrində Lənkəran–Boradigah–Masallı avtomobil yolunun Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində baş verib. Murad Abdullazadə etibarnamə əsasında idarə etdiyi “Khazar SD minik” markalı avtomobili Lənkəran şəhəri istiqamətində təxminən 60 km/saat sürətlə idarə edərkən, yolu soldan sağa adi yerişlə keçən piyada, Vilvan kənd sakini, 1967-ci il təvəllüdlü Hüseyn Əliyevi görüb.
İstintaqla müəyyən edilib ki, sürücünün hərəkət üçün təhlükə yarandığı anda avtomobili tormozlayaraq piyadaya çatmadan dayandırmaq üçün texniki imkanı olduğu halda, o, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin tələblərinə əməl etməyib. Piyadanın yolu keçməyəcəyini güman edərək hərəkəti davam etdirən sürücü avtomobilin ön sol hissəsi ilə piyadanı vurub. Nəticədə zərərçəkmiş şəxsə həyat üçün təhlükəli, sağlamlığa ağır zərər yetirilib. Alınmış ağır xəsarətlər nəticəsində Hüseyn Əliyev hemorragik və travmatik şokdan dünyasını dəyişib.
Bundan əlavə, məhkəmə tərəfindən müəyyən olunub ki, Murad Abdullazadə yol-nəqliyyat hadisəsindən sonra üzərinə düşən vəzifələri də yerinə yetirməyib. Belə ki, o, nəqliyyat vasitəsini saxlamayıb, qəza dayanma nişanını quraşdırmayıb, təcili tibbi yardım çağırmayıb, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməyib və hadisə barədə aidiyyəti dövlət orqanlarına məlumat vermədən hadisə yerindən qaçıb.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Murad Abdullazadə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətə azadlıqdan məhrum olunub.
Kamal Məmmədov
8 Sentyabr 00:16
7 Sentyabr 23:16
7 Sentyabr 23:14
7 Sentyabr 22:40
7 Sentyabr 22:36
7 Sentyabr 22:12
7 Sentyabr 20:25
7 Sentyabr 19:34
7 Sentyabr 19:30
7 Sentyabr 18:45
7 Sentyabr 18:43
7 Sentyabr 18:34
7 Sentyabr 18:28
7 Sentyabr 18:01
7 Sentyabr 17:47
7 Sentyabr 17:39
7 Sentyabr 17:35
7 Sentyabr 17:24
7 Sentyabr 17:19
7 Sentyabr 16:55
7 Sentyabr 16:43
7 Sentyabr 16:23
7 Sentyabr 16:13
7 Sentyabr 16:03
7 Sentyabr 15:45
7 Sentyabr 15:19
7 Sentyabr 15:12
7 Sentyabr 15:07
7 Sentyabr 14:59
7 Sentyabr 14:58
7 Sentyabr 14:55
7 Sentyabr 14:54
7 Sentyabr 14:47
7 Sentyabr 14:42
7 Sentyabr 14:40
7 Sentyabr 14:33
7 Sentyabr 14:29
7 Sentyabr 14:25
7 Sentyabr 14:24
7 Sentyabr 14:17
7 Sentyabr 14:16
7 Sentyabr 14:10
7 Sentyabr 14:05
7 Sentyabr 14:00
7 Sentyabr 13:59
7 Sentyabr 13:58
7 Sentyabr 13:54
7 Sentyabr 13:49
7 Sentyabr 13:45
7 Sentyabr 13:40
7 Sentyabr 13:35
7 Sentyabr 13:25
7 Sentyabr 13:18
7 Sentyabr 13:13
7 Sentyabr 13:11
7 Sentyabr 13:09
7 Sentyabr 12:49
7 Sentyabr 12:42
7 Sentyabr 12:37
7 Sentyabr 12:35
7 Sentyabr 12:26
7 Sentyabr 12:17
7 Sentyabr 12:10
7 Sentyabr 12:00
7 Sentyabr 11:42
7 Sentyabr 11:25
7 Sentyabr 11:18
7 Sentyabr 11:12
7 Sentyabr 11:09
7 Sentyabr 11:03
7 Sentyabr 11:01
7 Sentyabr 10:52
7 Sentyabr 10:48
7 Sentyabr 10:45
7 Sentyabr 10:42
7 Sentyabr 10:38
7 Sentyabr 10:34
7 Sentyabr 10:33
7 Sentyabr 10:30
7 Sentyabr 10:27
7 Sentyabr 10:24
7 Sentyabr 10:18
7 Sentyabr 10:11
7 Sentyabr 09:59
7 Sentyabr 09:43
7 Sentyabr 09:26
7 Sentyabr 09:21
7 Sentyabr 09:14
7 Sentyabr 09:10
7 Sentyabr 09:02
7 Sentyabr 08:56
7 Sentyabr 08:55
7 Sentyabr 08:33
7 Sentyabr 08:27
7 Sentyabr 08:20
7 Sentyabr 08:17
7 Sentyabr 08:12
7 Sentyabr 08:08
7 Sentyabr 08:04
7 Sentyabr 07:04
7 Sentyabr 07:00
7 Sentyabr 06:57
6 Sentyabr 22:29
6 Sentyabr 22:27
6 Sentyabr 21:33
6 Sentyabr 20:40
6 Sentyabr 20:38
6 Sentyabr 19:42
6 Sentyabr 19:40
6 Sentyabr 18:47
6 Sentyabr 17:53
6 Sentyabr 17:47
6 Sentyabr 17:45
6 Sentyabr 17:07
6 Sentyabr 16:49
6 Sentyabr 15:45
6 Sentyabr 14:29
6 Sentyabr 14:25
6 Sentyabr 12:46
6 Sentyabr 12:43
6 Sentyabr 11:55
6 Sentyabr 11:47
6 Sentyabr 11:09
6 Sentyabr 11:02
6 Sentyabr 10:43
6 Sentyabr 09:43
6 Sentyabr 09:39
6 Sentyabr 08:15
6 Sentyabr 01:32
6 Sentyabr 00:43
6 Sentyabr 00:26
6 Sentyabr 00:25
5 Sentyabr 23:03
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
5 Sentyabr 19:19
5 Sentyabr 19:01
5 Sentyabr 19:00
5 Sentyabr 18:58
5 Sentyabr 18:56
5 Sentyabr 18:54
5 Sentyabr 17:18
5 Sentyabr 16:04
5 Sentyabr 16:03
Ən son xəbərləri səhifəmizdən də izləyin