“Mütləq yaxşı, yaxud pis adam yoxdur. Yaxşı və ya pis adam olmaq, nisbidir. Nisbətən yaxşı adam və nisbətən pis adam var. Cəmiyyətdə pis adam kimi tanıdılan şəxsin elə müsbət keyfiyyətləri ola bilər ki... Ya da əksinə. Bir nəfər adamlara konkret olaraq pislik edibsə, sonra səhvini düzəldib halallıq almadan ölübsə, pislik olunan ömür boyu ona lənət oxumaqda haqlıdır. Əks halda, İlahi ədalət bərqərar olmaz. Elə adam var, ona rəhmət düşmür. Yox, kimsə kiminsə cüzi xətrinə dəyib, yaxud siyasi, elmi, tarixi baxışları fərqli olub deyə öldükdən sonra onu təhqir, yaxud tənqid etmək qeyri-etikdir. Bir şəxs öldükdən sonra onun necə adam olmasını müzakirə etmək olar… Amma gərək onu müzakirə edənlər də yaxşı adamlar olsun. Ancaq biz çox zaman bunun əksini görürük. Bəziləri sosial şəbəkələrdə qərəzli şəkildə sanki kiminsə ölüsündən intiqam alır, olmazın əxlaqsız söyüşlər işlədirlər. Bu, vəhşilikdir və xalqımızın milli, mənəvi ənənələrinə ziddir”.
Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan ötən gün dünyasını dəyişən sabiq deputat Fəzail Ağamalı barəsindəki müzakirələrə münasibət bildirərkən deyib.
İlahiyyatçı bildirib ki, insanın səhvlərini, xətalarını, günahlarını sağlığında demək lazımdır, bəlkə, düzəldər: “Öləndən sonra arxasıyca danışmağın bir faydası yoxdur. Əksinə, könül bulandırır və dinimizdə bunun nümunəsi yoxdur. Doğrudur, hamını da bağışlamaq olmaz. Elə xəbis və xain adamlar var ki, onlar öldükdən sonra da lənət oxunmağa layiqdirlər. Bəzən ölkədə tanınmış bir adam vəfat edəndə müəyyən qruplar dərhal onu hədəfə gətirir, xarici maraqlara qulluq edərək onu söyürlər. Bu, yaxşı ənənə deyil. Başqa xalqların nümayəndələri sosial mediada baxıb, görürlər ki, filan yerdə kim ölürsə, söyürlər. Bu, xalq və ölkə haqqında çox çirkin obraz yaradır. Bir adam bir, yaxud beş adama görə pis, min adama görə də yaxşı ola bilər. Amma ola bilər ki, o beş adam sosial şəbəkələrdə aktivdir, götürüb pisləyir, amma digər min adamın sosial şəbəkələrə çıxışı yoxdur, fikrini ifadə edə bilmir. Hər halda kimin mütləq dərəcədə yaxşı, yaxud pis adam olduğunu dəqiq bilən Allahdır. Qəlbləri, batinləri bilən odur. Məhəmməd Peyğəmbərdən hədislər var ki, içinizdən biri ölsə onun yaxşı əməlini xatırlayın, ya da susun. Əslində, rəhməti və lənəti də adam özü qazanır. Kim rəhmət qazanıbsa, sağlam adamlar ona rəhmət oxuyur, kim də lənət qazanıbsa, ona da lənət oxuyurlar. Amma elə bir qayda da yoxdur ki, pis adam öldükdə onun pisliklərini gizlətmək lazımdır. Öləndən sonra çox da pis danışmaq buna görə uyğun görülmür ki, artıq həmin şəxs ilahi mühakimə prosesinə qədəm qoyub. Daha onun aqibəti orada həll olunacaq”.
Aytəkin Qardaşova
16 Mart 02:20
16 Mart 02:14
16 Mart 01:31
16 Mart 01:18
16 Mart 00:47
16 Mart 00:36
16 Mart 00:33
16 Mart 00:30
16 Mart 00:28
16 Mart 00:26
15 Mart 23:26
15 Mart 22:45
15 Mart 20:49
15 Mart 20:44
15 Mart 20:18
15 Mart 20:14
15 Mart 18:39
15 Mart 18:35
15 Mart 17:55
15 Mart 17:20
15 Mart 15:39
15 Mart 14:32
15 Mart 14:03
15 Mart 12:42
15 Mart 11:58
15 Mart 11:02
15 Mart 10:28
15 Mart 08:56
15 Mart 08:54
15 Mart 08:45
15 Mart 08:40
15 Mart 00:44
15 Mart 00:41
14 Mart 23:44
14 Mart 23:38
14 Mart 20:50
14 Mart 19:20
14 Mart 17:34
14 Mart 16:42
14 Mart 16:37
14 Mart 16:31
14 Mart 16:26
14 Mart 16:24
14 Mart 16:03
14 Mart 15:57
14 Mart 15:37
14 Mart 14:55
14 Mart 14:53
14 Mart 14:29
14 Mart 14:27
14 Mart 14:24
14 Mart 14:22
14 Mart 14:06
14 Mart 13:53
14 Mart 13:01
14 Mart 12:59
14 Mart 12:38
14 Mart 12:37
14 Mart 12:11
14 Mart 12:06
14 Mart 12:03
14 Mart 10:59
14 Mart 10:57
14 Mart 10:00
14 Mart 09:11
14 Mart 09:06
14 Mart 08:51
14 Mart 08:39
14 Mart 08:14
14 Mart 02:28
14 Mart 02:25
14 Mart 01:25
13 Mart 23:00
13 Mart 22:19
13 Mart 21:10
13 Mart 21:07
13 Mart 20:06
13 Mart 20:02
13 Mart 20:01
13 Mart 19:47
13 Mart 18:53
13 Mart 18:15
13 Mart 18:11
13 Mart 18:09
13 Mart 18:04
13 Mart 18:03
13 Mart 17:28
13 Mart 17:16
13 Mart 17:10
13 Mart 17:07
13 Mart 17:03
13 Mart 16:56
13 Mart 16:29
13 Mart 16:25
13 Mart 16:14
13 Mart 16:08
13 Mart 15:50
13 Mart 15:46
13 Mart 15:42
13 Mart 15:25
13 Mart 15:16
13 Mart 15:04
13 Mart 14:54
13 Mart 14:43
13 Mart 14:40
13 Mart 14:31
13 Mart 14:30
13 Mart 14:20
13 Mart 14:10
13 Mart 13:57
13 Mart 13:42
13 Mart 13:13
13 Mart 12:53
13 Mart 12:25
13 Mart 12:21
13 Mart 12:19
13 Mart 12:15
13 Mart 12:14
13 Mart 12:10
13 Mart 12:00
13 Mart 11:58
13 Mart 11:51
13 Mart 11:49
13 Mart 11:48
13 Mart 11:25
13 Mart 11:19
13 Mart 11:16
13 Mart 11:13
13 Mart 11:12
13 Mart 11:10
13 Mart 11:08
13 Mart 11:06
13 Mart 11:04
13 Mart 10:58
13 Mart 10:49
13 Mart 10:29
13 Mart 10:21
13 Mart 09:51
13 Mart 09:38
13 Mart 09:37
13 Mart 09:32
13 Mart 09:25
13 Mart 09:21
13 Mart 08:56
13 Mart 08:49
13 Mart 08:47
13 Mart 08:44
13 Mart 08:43
13 Mart 08:40
13 Mart 08:39
Ən son xəbərləri səhifəmizdən də izləyin