BURADA REKLAMINIZ OLA
BİLƏR

Bank kartından 5 min dollar oğurlayaraq alış-veriş edən şəxslər həbs edildi

Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb.

 

Naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5 min dolları oğurlanıb.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.

Tarix: 10 Fevral 2026, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin