BURADA REKLAMINIZ OLA
BİLƏR

Toyuq məhsulları bahalaşacaq? – AÇIQLAMA

Türkiyədən toyuq ixracının dayandırılması, bazarda toyuq məhsullarının bahalaşacağı məsələsini gündəmə gətirib.

 

İqtisadi məsələlər üzrə ekspert Emin Qəribli Pravda.az-a açıqlamasında deyib ki, toyuq məhsullarının ixracının dayandırılması qiymətlərin artımına səbəb ola bilməz: “Çünki toyuq strateji əhəmiyyətli məhsul deyil. Bu məhsul üzrə ixtisaslaşan ölkələr kifayət qədər çoxdur. Bir ölkədən almaq olmasa da, digər ölkədən mümkün olacaq. Düşünürəm bu hal da müvəqqəti xarakter daşıyır. Mövcud vəziyyət böyük problemə səbəb olmayacaq. Təsir edəcək gücə malik deyil. Bahalaşma yaratmayacaq”.

 

Xatırlatma: Türkiyədə Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının dayandırılacağını açıqlamışdı. Yayımlanan açıqlamada bildirilib ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının məhdudlaşdırılması məqsədilə qəbul edilib.

 

Şəhanə Quliyeva

Tarix: 12 Fevral 2026, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin