BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:

 

“2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

 

Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi

 

“3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

 

Nicat Şükür oğlu İmanov – Vergi siyasəti baş idarəsinin rəisi

 

Abbas Cəlil oğlu İsmayılov – Vergi auditi baş idarəsinin rəisi

 

Səməd Ədil oğlu Vəliyev – 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.

Tarix: 12 Fevral 2026, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin