Fevralın 11-dən başlayaraq Zəngilan rayonunun Məmmədbəyli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əkin məqsədilə istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az portalı üzərindən müraciətlərin qəbuluna start verilir. Məmmədbəyli kəndində məskunlaşmış sakinlər üçün nəzərdə tutulan bu proses martın 13-ü günün sonuna qədər davam edəcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb.
Məmmədbəyli kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaqların əkinçilik üçün istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2024-cü il tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndinə və Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na uyğun olaraq icra ediləcək.
İstifadəyə verilən torpaq sahələri minimum 5 hektar olmaqla, suvarılan və əkin üçün tam hazır vəziyyətə gətirilmiş, kəndin yaxınlığında yerləşən ərazilərdir. Məmmədbəyli kəndində müxtəlif birillik və çoxillik bitkilərin - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, tərəvəzlərdən pomidor, xiyar, badımcan, bibər, soğan, kök, kələm, mətbəx çuğunduru, lobya, həmçinin qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, süfrə üzümü, tütün, şəkər çuğunduru, dənli bitkilərdən buğda, arpa, qarğıdalı və yem bitkilərindən yonca, xaşa, ot qarışıqlarının əkilməsi planlaşdırılır. Əkin aparılacaq sahələrdə müasir damlama və çiləmə suvarma sistemlərinin mövcudluğu tələb olunur.
Məmmədbəyli kəndinə köçən sakinlər torpaqlardan güzəştli şərtlərlə istifadə etmək məqsədilə aşağıdakı qaydada müraciət edə bilərlər:
EKTİS sistemində qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetini yaratmaq)
Elektron kabinetin "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" və ardınca "Məmmədbəyli" seçimi edərək ərizə formasını doldurmaq.
Şəxsiyyət vəsiqəsindəki qeydiyyat yerindən asılı olmayaraq, faktiki yaşayış yerinin Məmmədbəyli kəndi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "e-polis" tətbiqi vasitəsilə təsdiqləmək.
Məlumat üçün bildirək ki, müraciət edən şəxslərlə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində göstərilməsi prosesi 2026-cı ilin Aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik əkmələr üçün isə 5 il təşkil edəcək və istifadənin nəticələrinə uyğun olaraq müddət uzadılacaq.
16 Mart 02:20
16 Mart 02:14
16 Mart 01:31
16 Mart 01:18
16 Mart 00:47
16 Mart 00:36
16 Mart 00:33
16 Mart 00:30
16 Mart 00:28
16 Mart 00:26
15 Mart 23:26
15 Mart 22:45
15 Mart 20:49
15 Mart 20:44
15 Mart 20:18
15 Mart 20:14
15 Mart 18:39
15 Mart 18:35
15 Mart 17:55
15 Mart 17:20
15 Mart 15:39
15 Mart 14:32
15 Mart 14:03
15 Mart 12:42
15 Mart 11:58
15 Mart 11:02
15 Mart 10:28
15 Mart 08:56
15 Mart 08:54
15 Mart 08:45
15 Mart 08:40
15 Mart 00:44
15 Mart 00:41
14 Mart 23:44
14 Mart 23:38
14 Mart 20:50
14 Mart 19:20
14 Mart 17:34
14 Mart 16:42
14 Mart 16:37
14 Mart 16:31
14 Mart 16:26
14 Mart 16:24
14 Mart 16:03
14 Mart 15:57
14 Mart 15:37
14 Mart 14:55
14 Mart 14:53
14 Mart 14:29
14 Mart 14:27
14 Mart 14:24
14 Mart 14:22
14 Mart 14:06
14 Mart 13:53
14 Mart 13:01
14 Mart 12:59
14 Mart 12:38
14 Mart 12:37
14 Mart 12:11
14 Mart 12:06
14 Mart 12:03
14 Mart 10:59
14 Mart 10:57
14 Mart 10:00
14 Mart 09:11
14 Mart 09:06
14 Mart 08:51
14 Mart 08:39
14 Mart 08:14
14 Mart 02:28
14 Mart 02:25
14 Mart 01:25
13 Mart 23:00
13 Mart 22:19
13 Mart 21:10
13 Mart 21:07
13 Mart 20:06
13 Mart 20:02
13 Mart 20:01
13 Mart 19:47
13 Mart 18:53
13 Mart 18:15
13 Mart 18:11
13 Mart 18:09
13 Mart 18:04
13 Mart 18:03
13 Mart 17:28
13 Mart 17:16
13 Mart 17:10
13 Mart 17:07
13 Mart 17:03
13 Mart 16:56
13 Mart 16:29
13 Mart 16:25
13 Mart 16:14
13 Mart 16:08
13 Mart 15:50
13 Mart 15:46
13 Mart 15:42
13 Mart 15:25
13 Mart 15:16
13 Mart 15:04
13 Mart 14:54
13 Mart 14:43
13 Mart 14:40
13 Mart 14:31
13 Mart 14:30
13 Mart 14:20
13 Mart 14:10
13 Mart 13:57
13 Mart 13:42
13 Mart 13:13
13 Mart 12:53
13 Mart 12:25
13 Mart 12:21
13 Mart 12:19
13 Mart 12:15
13 Mart 12:14
13 Mart 12:10
13 Mart 12:00
13 Mart 11:58
13 Mart 11:51
13 Mart 11:49
13 Mart 11:48
13 Mart 11:25
13 Mart 11:19
13 Mart 11:16
13 Mart 11:13
13 Mart 11:12
13 Mart 11:10
13 Mart 11:08
13 Mart 11:06
13 Mart 11:04
13 Mart 10:58
13 Mart 10:49
13 Mart 10:29
13 Mart 10:21
13 Mart 09:51
13 Mart 09:38
13 Mart 09:37
13 Mart 09:32
13 Mart 09:25
13 Mart 09:21
13 Mart 08:56
13 Mart 08:49
13 Mart 08:47
13 Mart 08:44
13 Mart 08:43
13 Mart 08:40
13 Mart 08:39
Ən son xəbərləri səhifəmizdən də izləyin