Şəki Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və rüşvət almada təqsirləndirilən Fəxrəddin Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş və ödənilməmiş 31 535 manat maddi ziyan təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsə qaytarılması qərara alınıb.
İttihama əsasən, Ağsu rayon Rəhimli kənd orta məktəbinin sabiq direktoru Fəxrəddin Həsənov öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamaqda və xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə şəxsən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
Materiallara görə, Fəxrəddin Həsənov Təhsil nazirinin 31 yanvar 2020-ci il tarixli əmri ilə 03 fevral 2020-ci il tarixdən Ağsu rayon Rəhimli kənd orta məktəbinə direktor təyin edilib və 05 iyul 2024-cü il tarixədək həmin vəzifədə çalışıb. O, bu müddətdə qüvvədə olan normativ hüquqi aktlara əsasən məktəbin işçilərinin vəzifəyə təyin və vəzifədən azad olunması, habelə onlar barəsində həvəsləndirmə və intizam tədbirlərinin görülməsi ilə bağlı səlahiyyətlərə malik olub.
İttihamda bildirilir ki, təqsirləndirilən şəxs Rəhimli kənd orta məktəbində hərbi işlər üzrə rəhbər vəzifəsinə işə düzəltmək müqabilində S.S.-dən (adı, soyadı şərtidir) külli miqdarda – 6 600 manat məbləğində pul vəsaiti istəyib. 2023-cü ilin dekabr ayında Ağsu rayonunun Şahbəyli kəndində yerləşən fərdi yaşayış evində keçirilən görüş zamanı həmin məbləğin S.S. tərəfindən birbaşa ona verildiyi, pulun sonradan şəxsi ehtiyaclara sərf olunduğu qeyd olunur.
Bundan əlavə, ittihama görə, Fəxrəddin Həsənov 04 aprel 2024-cü il tarixdə Ağsu şəhər 1 saylı məktəb-liseyin inventarında olan 35 ədəd noutbuku akt tərtib edərək imzaladıqdan və möhürlədikdən sonra götürüb. Bildirilir ki, o, avadanlıqları 2024-cü ilin iyun ayında geri qaytaracağını vəd etsə də, bunu etməyib. Söhbət ümumilikdə 31 535 manat dəyərində noutbukdan gedir. İstintaqın mövqeyinə görə, həmin avadanlıqlar mənimsənilərək Elm və Təhsil Nazirliyinin müvafiq təhsil idarəsinə xeyli miqdarda ziyan vurulub.
Fəxrəddin Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə istintaqı zamanı Fəxrəddin Həsənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, S.S.-dən aldığı 6 600 manatı borc kimi götürüb və sonradan qaytarmağı planlaşdırıb. Onun sözlərinə görə, həmin vaxt S.S-in atası oğlunun məktəbə işə qəbuluna köməklik göstərilməsini xahiş edib, lakin məktəbdə hərbi rəhbər vəzifəsi üzrə mövcud əmək müqaviləsinin müddəti rəhbərliyin göstərişi ilə uzadılıb və yeni təyinat baş tutmayıb.
Noutbuklarla bağlı epizod üzrə isə təqsirləndirilən şəxs 35 deyil, cəmi 3 ədəd noutbuk götürdüyünü bildirib. O, aktın tərtibi zamanı rəqəmlərdə dəyişiklik edildiyini iddia edib və sənədlə bağlı müstəntiqə məlumat verdiyini deyib.
Kamal Məmmədov
16 Mart 02:20
16 Mart 02:14
16 Mart 01:31
16 Mart 01:18
16 Mart 00:47
16 Mart 00:36
16 Mart 00:33
16 Mart 00:30
16 Mart 00:28
16 Mart 00:26
15 Mart 23:26
15 Mart 22:45
15 Mart 20:49
15 Mart 20:44
15 Mart 20:18
15 Mart 20:14
15 Mart 18:39
15 Mart 18:35
15 Mart 17:55
15 Mart 17:20
15 Mart 15:39
15 Mart 14:32
15 Mart 14:03
15 Mart 12:42
15 Mart 11:58
15 Mart 11:02
15 Mart 10:28
15 Mart 08:56
15 Mart 08:54
15 Mart 08:45
15 Mart 08:40
15 Mart 00:44
15 Mart 00:41
14 Mart 23:44
14 Mart 23:38
14 Mart 20:50
14 Mart 19:20
14 Mart 17:34
14 Mart 16:42
14 Mart 16:37
14 Mart 16:31
14 Mart 16:26
14 Mart 16:24
14 Mart 16:03
14 Mart 15:57
14 Mart 15:37
14 Mart 14:55
14 Mart 14:53
14 Mart 14:29
14 Mart 14:27
14 Mart 14:24
14 Mart 14:22
14 Mart 14:06
14 Mart 13:53
14 Mart 13:01
14 Mart 12:59
14 Mart 12:38
14 Mart 12:37
14 Mart 12:11
14 Mart 12:06
14 Mart 12:03
14 Mart 10:59
14 Mart 10:57
14 Mart 10:00
14 Mart 09:11
14 Mart 09:06
14 Mart 08:51
14 Mart 08:39
14 Mart 08:14
14 Mart 02:28
14 Mart 02:25
14 Mart 01:25
13 Mart 23:00
13 Mart 22:19
13 Mart 21:10
13 Mart 21:07
13 Mart 20:06
13 Mart 20:02
13 Mart 20:01
13 Mart 19:47
13 Mart 18:53
13 Mart 18:15
13 Mart 18:11
13 Mart 18:09
13 Mart 18:04
13 Mart 18:03
13 Mart 17:28
13 Mart 17:16
13 Mart 17:10
13 Mart 17:07
13 Mart 17:03
13 Mart 16:56
13 Mart 16:29
13 Mart 16:25
13 Mart 16:14
13 Mart 16:08
13 Mart 15:50
13 Mart 15:46
13 Mart 15:42
13 Mart 15:25
13 Mart 15:16
13 Mart 15:04
13 Mart 14:54
13 Mart 14:43
13 Mart 14:40
13 Mart 14:31
13 Mart 14:30
13 Mart 14:20
13 Mart 14:10
13 Mart 13:57
13 Mart 13:42
13 Mart 13:13
13 Mart 12:53
13 Mart 12:25
13 Mart 12:21
13 Mart 12:19
13 Mart 12:15
13 Mart 12:14
13 Mart 12:10
13 Mart 12:00
13 Mart 11:58
13 Mart 11:51
13 Mart 11:49
13 Mart 11:48
13 Mart 11:25
13 Mart 11:19
13 Mart 11:16
13 Mart 11:13
13 Mart 11:12
13 Mart 11:10
13 Mart 11:08
13 Mart 11:06
13 Mart 11:04
13 Mart 10:58
13 Mart 10:49
13 Mart 10:29
13 Mart 10:21
13 Mart 09:51
13 Mart 09:38
13 Mart 09:37
13 Mart 09:32
13 Mart 09:25
13 Mart 09:21
13 Mart 08:56
13 Mart 08:49
13 Mart 08:47
13 Mart 08:44
13 Mart 08:43
13 Mart 08:40
13 Mart 08:39
Ən son xəbərləri səhifəmizdən də izləyin