Rayonun rəhbəri saxlanıldı

Cinayətkar dəstə təşkilində şübhəli bilinən Dağıstanın Dərbənd rayonunun başçısı vəzifəsini icra edən Fuad Şıxıyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə “TASS” respublikanının güc strukturlarındakı mənbəyinə istinadən xəbər verib.

 

Agentliyin həmsöhbəti danışıb ki, dəstə torpaq sahələrinin oğurlanması və satışı ilə məşğul olub. Qrupun hərəkətlərindən zərər 200 milyon rubl təşkil edib.

 

Şıxıyevi axtarışlar və dindirilmələr başa çatdıqdan sonra saxlayıblar. Yaxın günlərdə onunla bağlı qətimkan tədbiri seçiləcək. Mənbə qeyd edib ki, ümumilikdə cinayət işi çərçivəsində təxminən altı nəfər saxlanılıb.Qafqazinfo

Tarix: 31 İyul 2020, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin