BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə bəraət hökmü ləğv edilən şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmə və özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Elnar Məmmədovun barəsindəki kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: E.Məmmədov Cinayət Məcəlləsinin 125 (Özünü öldürmə həddinə çatdırma) və 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib.

 

Araşdırmalar zamanı məlum olub ki, Şəmkirdə 24 yaşlı Nərmin Məmmədova 2022-ci ildə boşanıb, bundan sonra onun E.Məmmədovla münasibəti yaranıb. Bir müddət sonra E.Məmmədov Nərmini hədələməyə, əhali arasında rüsvay edəcəyini bildirməyə başlayıb. Elnar Nərminə fiziki zorakılıq edərək ona 5 min manat borcunun olmasına dair iltizama imza çəkdirib. Həmçinin qızın anasından hədələmə yolu ilə bir neçə dəfə pul alıb.

 

Tələb etdiyi pulun verilməyəcəyi təqdirdə Nərminin azyaşlı övladını atasına verdirəcəyini də deyib.

 

Depressiv vəziyyətə düşən və ləyaqətinin alçaldıldığını hesab edən qadın çıxış yolu olaraq intiharı seçib. O, intihardan əvvəl iki məktub yazıb.

 

Bu məktubların birində “Məmmədov Elnar tərəfindən şantaj olunuram. 2 ildir məni şantaj edir, axır ki, mənə 5 min manatlıq kağıza qol çəkdirdi, guya ona 5 min verəcəyim var. Tək pulla yox, şəkillərimlə də şantaj edir. Mayın 29-da bıçağı dirədi mənə, şəkillərimi çəkdi, sənədə qol çəkdirdi. 2 ildə mənə hər istədiyini etdi, uşağımı aldırmaqla belə hədə-qorxu edir, artıq yorulmuşam, özümü öldürməyə qərar verdim”.

 

İkinci məktubunda isə N.Məmmədova övladına vəsiyyətini və arzularını qeyd edib.

 

O da məlum olub ki, qadını şantaj edərək ölümünə səbəb olan E.Məmmədov evlidir və 3 uşaq atasıdır.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədova 9 il həbs cəzası verilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 13 Fevral 2026, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin