BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə kişini döyüb telefonunu alan şəxs qərardan narazıdır

Vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Rəhman Qurbanəlizadənin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Ali Məhkəmənin Teyyub Muxtarovun sədrliyi ilə araşdırılır.

 

Qeyd: Hadisə 2023-cü ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, R.Qurbanəlizadə ona küçədə sataşan Emin Məmmədovu döyüb, daha sonra onun telefonunu alıb. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxs Emin Məmmədov isə ifadəsi zamanı təqsirləndirilən şəxsin ona dəyən ziyanın ödədiyini və ondan şikayətçi olmadığını bildirib. R.Qurbanəlizadəyə qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 13 Fevral 2026, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin