BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarında qalması mümkünsüzdür”

“Dövlət Təhlükəsizliyi Xidmətinin Ramiz Mehdiyevlə bağlı yaydığı geniş açıqlamalar və videogörüntülər bir daha sübut edir ki, Ramiz Mehdiyev və onun yaxın əhatəsi dövlətə, dövlətçiliyimizə qarşı cinayət törədib, hakimiyyəti, konstitusion quruluşu zorla devirmək yolunu seçiblər. DTX-nin paylaşdığı materiallar reallığı, həqiqəti bir daha təsdiqləyir. Belə olan halda, Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında qalması mümkünsüzdür, Partiyadan çıxarılmalıdır. Eyni zamanda o, YAP-nin Veteranlar Şurasının da üzvüdür. Yaxın zamanda bu məsələyə YAP-nin İdarə Heyətinin iclasında baxıla bilər. Vətənə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev hüquqi müstəvidə öz cəzasını almalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Həyətinin üzvü, deputat Elman Nəsirov deyib.

 

Deputat xatırladıb ki, Azərbaycan hüquqi dövlətdir: “Cinayət törətmiş, xüsusilə, dövlətə, dövlətçiliyə qarşı xəyanət yolunu seçmiş şəxslər kimliyindən asılı olmayaraq ən ağır cəzaya məhkum edilməlidirlər”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Fevral 2026, 11:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin