BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qadınları yüngül münasibətlərdə şübhəli bilib..." - İSTİNTAQ VERSİYASI

Bakının Sabunçu rayonu ərazisində baş vermiş qətli qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir.

 

Pravda.az xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Şübhəli şəxsin adı açıqlanmır, o, hələlik saxlanılmayıb. Əməliyyat-istintaq qrupunun üzvləri qətli törətdiyi ehtimal olunan şəxsin Azərbaycan sərhədlərini tərk etməyə müvəffəq olduğunu müəyyən edib. Məlumata görə, o, Rusiyada yaşayır və Bakıya bir günlük doğmaları ilə hesablaşmaq üçün gəlib.

 

İstintaqın versiyasına görə, kişi qadınları yüngül münasibətlərdə şübhəli bilib və ailənin rüsvayçılığını qanla yumaq qərarına gəlib. Bu versiya araşdırılır.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma davam edir.

 

Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə meyitləri aşkar edilib. Qadınlara çox sayda bıçaq yaraları vurulub.Oxu.az

Tarix: 14 Dekabr 2019, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin