BURADA REKLAMINIZ OLA
BİLƏR

İşıq olmayacaq

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

 

Bu gün "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

 

Bununla əlaqədar Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Tarix: 14 Fevral 2026, 09:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin