BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda baba və nəvəsi dəm qazından ölüb, daha 4 nəvəsi xəstəxanaya yerləşdirilib - YENİLƏNDİ

Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.

 

Uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.

 

Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov xəstəxanada dünyasını dəyişib./APA

***

 

12:27

 

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.

 

Hadisə şəhərin Xətai məhəlləsində baş verib.

 

Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.

 

Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 14 Fevral 2026, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin