BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyevin Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

 

Pravda.az xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

 

Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi.

 

Azərbaycan və Ukrayna prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

Fotoları təqdim edirik
Tarix: 14 Fevral 2026, 19:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin