BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “Qadın paltarı geyinənlər Azərbaycanı demokratiyanın, azad mətbuatın olmamasında ittiham edirlər”

“Cənab Prezidentin İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində özünü "jurnalist" kimi təqdim edən Emin Hüseynovun azad mətbuatla bağlı sualına verdiyi cavab tam reallığı əks etdirir. Təsəvvür edin ki, "özünü demokratiyanın beşiyi hesab edən ABŞ-də azad mətbuatla bağlı vəziyyət nə yerdədir?" sualına cavab axtarıram. Donald Tramp ABŞ-nin ən nəhəng media qurumlarının yaydığı məlumatların, yəni "The Washington Post", " The New York Times" qəzetlərinin yaydığı məlumatların əksəriyyətinin feyk xəbərlərdən ibarət olduğunu təsdiqləyir. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Demokratiyada isə son hədd  yoxdur. Biz demokratik inkişaf yolunda ardıcıl, sistemli addımlar atırıq. Heç bir dövlət deyə bilməz ki, o, demokratiyanın pik nöqtəsindədir. Belə bir nöqtə yoxdur. Çünki demokratiya bir prosesdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov qeyd edib ki, hörmətli Mehriban xanım Əliyevanın özünü "jurnalist" kimi təqdim edən Emin Hüseynova verdiyi cavab isə bu gün əslində gündəm mövzusuna çevrilib: “Mehriban xanımın cavabı xaricdə məskunlaşmış, gecə-gündüz Azərbaycan əleyhinə təxribatçı bəyanatlar verən, feyk məlumatlar yayan, şər-böhtan ifraz edən qüvvələrə verilmiş cavabdır, çünki onlar kişi deyillər. Emin Hüseynov haqqında Mehriban xanım Əliyeva söylədi ki, siz səfirlikdə qadın paltarı geyinmiş şəxsiniz, Allah sizə cansağlığı versin. Yəni özünə "kişi" deyən bir şəxs arvad paltarında səfirlikdə gizlənirsə, doğrudan da, o, xəstədir. Belə insana "Allah sizə cansağlığı versin" demək tam məntiqlidir. Bax belə arvad paltarı geyinənlər bu gün Azərbaycanı demokratiyanın, azad mətbuatın olmamasında ittiham edirlər. Paradoksa baxın. Görün, kim kimi nədə ittiham edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın demokratik inkişafının əsasını qoyub. Ölkə Prezidenti İlham Əliyev isə bu yolu uğurla davam etdirir. Həm də bu səbəbdən Azərbaycan dövlətinə və onun Prezidentinə beynəlxalq aləmdə ən yüksək səviyyədə etimad və ehtiram var. Emin Hüseynovlar isə tarixdə bir epizoddurlar. Necə deyərlər, siyasi yalquzaq həyatına məhkumdurlar”.

 

Aytəkin Qardaşova

Tarix: 16 Fevral 2026, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin