BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 43 yaşlı qadın estetik əməliyyatdan sonra ölüb, araşdırma aparılır

Şəxsin “MediHall Hospital'”da ölməsi faktı ilə bağlı araşdırma aparılır.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

 

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Tarix: 16 Fevral 2026, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin