BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-nun dekanı: "Belə bərbad xidmət görməmişəm”

“Azeurotel-in internet istifadəçisiyəm. Hələ belə bərbad xidmət görməmişəm”.

 

Pravda.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

 

O bildirib ki, sözügedən internet provayderi üzərindən adi word dokumentini yükləmək bir neçə dəqiqə çəkir: “Hələ mən hər 10-15 dəqiqədən bir internetin öz-özündən yenilənərək ona qoşulan noutbuku ve ya telefonu kənarlaşdırmasını demirəm. Dəfələrlə müraciət edirəm, zəng edirəm, bir-iki günlük problem aradan qalxır, sonra isə, nə sirrdirsə əvvəlkindən daha pis vəziyyətdə olur”.

 

V. Zifəroğlu qeyd edib ki, bu gün də zəng edərək nəhayət bu dərdə bir əlac olamalarını xahiş edib: “Təsəvvür edin ki, 7 dəfə ard-arda zəng etsəm də, dəstəyi qaldıran bütün xanım əməkdaşlara problemi izah etsəm də, onlar məni texniki şöbə ilə əlaqələndirə bilmədilər, daha doğrusu hər dəfə bu yönləndirmədə, əlaqə kəsilirdi. Növbəti dəfə zəng edəndə adını yeni öyrəndim digər xanım əməkdaş bunu texniki şöbənin telefon əlaqəsindəki texniki nasazlıqla izah edir və yenidən texniki şöbəyə yönləndirirdi. Yəni uzun sözü qısası, hətta adi daxili rabitə yönləndirməsində belə texniki nasazlıqları olan bir provayder, nə dərəcədə istifadəçiləri keyfiyyətli internetlə təmin edə bilər? Və ya bu sadəcə olaraq istifadəçiyə olan hörmətsilzikdirmi? Deyə bilmərəm. Amma hər iki hal normal deyil”.

Tarix: 14 Dekabr 2019, 16:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin