Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elman Qubadovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib. “Konstutisiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarın 5.1-ci bəndinə və Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad olunub və cinayət işi üzrə icraata xitam verilib. Elman Qubadov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin.
Qeyd: Açıq məhkəmə iclasında baxılan iş üzrə təqsirləndirilən Elman Qubadov (soyadı şərtidir) əvvəlcə Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə təqsirləndirilsə də, məhkəmə araşdırması zamanı ittihamın həcmi dəyişdirilib.
İş materiallarına əsasən, hadisə 14 yanvar 2025-ci il tarixdə saat 03 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Çinar” kafesində baş verib. Təqsirləndirilən şəxs kafedə olarkən digər masada sərxoş vəziyyətdə əyləşmiş zərərçəkmiş Nicat Əlizadəyə (soyadı şərtidir) yaxınlaşıb. İttihama görə, zərərçəkmişin onların əyləşdiyi masadakı xanıma baxması və nalayiq ifadələr işlətməsi səbəbindən tərəflər arasında mübahisə yaranıb.
Elman söhbət etmək adı ilə Nicatı kafenin digər hissəsinə aparıb və orada aralarında mübahisə davam edib. Mübahisə zamanı o, zərərçəkmiş şəxsə bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Nicatın bədənində burun sümüklərinin yerdəyişməyən sınıqları ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi və sıyrığı, təpə nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sıyrığı aşkar edilib. Rəyə görə, həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlib və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.
Ekspertiza həmçinin göstərib ki, xəsarətlər insan bədəninin hissələrinin – baş, əl və ayaq zərbələrinin təsirindən yarana bilərdi.
İbtidai istintaq orqanı hesab edib ki, Elman Qubadov özgənin əmlakını ələ keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Samir” adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olaraq Nicat Əlizadəyə hücum edib, ona zor tətbiq edib və cibində olan 500 manat pulu ələ keçirib. Bu əsasla əməl quldurluq kimi tövsif olunub.
Lakin məhkəmə araşdırması zamanı sübutlar qiymətləndirilərək hadisənin faktiki hallarına yenidən hüquqi qiymət verilib və təqsirləndirilən şəxsin əməlində quldurluq tərkibinin təsdiqini tapmadığı müəyyən edilib.
Məhkəmə nəticəyə gəlib ki, Elman Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş – şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törədib.
16 oktyabr 2025-ci il tarixli barışıq sazişinə əsasən, tərəflər aralarında baş vermiş anlaşılmazlığın aradan qaldırıldığını, zərərçəkmişə dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini bəyan ediblər. Nicat Elmanla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirib.
Məhkəməyə təqdim edilmiş ərizədə də zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və iş üzrə şikayətçi olmadığını təsdiqləyib.
Beləliklə, məhkəmə araşdırması zamanı cinayət əməli quldurluq kimi deyil, sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib və iş üzrə qərar qəbul edilib.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin