BURADA REKLAMINIZ OLA
BİLƏR

“Trampın İlham Əliyevə bir neçə dəfə xitab etməsi Amerikanın Azərbaycan Prezidentini bir tərəfdaş kimi qəbul etdiyinin göstəricisidir - RƏY

“İkinci Dünya müharibəsindən sonra münaqişələr əsasən BMT çərçivəsində həll olunurdu. Müəyyən dövr bu effekt versə də, zaman keçdikcə aydın göründü ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilmir. Bunu Azərbaycan-Ermənistan münaqişəsində də açıq-aydın gördük. Azərbaycan məcbur qalıb BMT qətnamələrini özü yerinə yetirdi. Amerikada hakimiyyət dəyişikliyindən, yəni Tramp hakimiyyətə gəldikdən sonra aydın göründü ki, ABŞ bu sahədə daha böyük fəallıq nümayiş etdirmək niyyətindədir. Bir sıra ölkələr arasında gedən münaqişəni dayandırmaq üçün Donald Tramp müəyyən çaba sərf edir, sülhün yaranması istiqamətində ciddi addımlar atır. Təbii ki, Trampın öz dövlət maraqları var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlametlərarası işçi qrupunun üzvü Elşad Musayev deyib.

Elşad Musayev: “Azərbaycan sanksiyalardan yayınmağa çalışır” Pravda.az

Deputat bildirib ki, sülhün yaradılması dünya ölkələri üçün əhəmiyyətli hadisədir: “Trampın təşəbbüsü ilə Vaşinqtonda Sülh Şurası toplantısı keçirildi. Bir sıra ölkələr toplantıda iştirak etdilər. Azərbaycan üçün maraqlı bu idi ki, Cənubi Qafqazdan Azərbaycan və Ermənistan iştirak edirdi. Eyni zamanda, qardaş Orta Asiya türk cümhuriyyətlərindən Qazaxıstan və Özbəkistanın prezidentləri də iştirak edirdi. Həmin toplantıda Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevə bir neçə dəfə xitab etməsi müsbət haldır. Bu, Amerika kimi super gücün Azərbaycan Prezidentini bir tərəfdaş kimi qəbul etdiyinin göstəricisidir. Prezidentlər arasında həm də şəxsi münasibət də yaranıb. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi istiqamətində Amerikada atılan addımlar diqqətdən yayınmayıb. Hesab edirəm ki, ümumi sülh prosesində Azərbaycan iştirak edəcək. Müəyyən münaqişələrin həlli, münaqişədən sonrakı müddətdə ölkələrin bərpası ilə bağlı ayrı-ayrı dövlətlərin, o cümlədən Azərbaycanın adı çəkilir. Hiss olunur ki, Azərbaycan dövlət olaraq bu proseslərin içində mühüm yer tutmaq istəyir”.

 

Aytəkin Qardaşova

Tarix: 20 Fevral 2026, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin