BURADA REKLAMINIZ OLA
BİLƏR

İlahiyyatçı: “Ramazan ayında yas mərasimlərdə gündüzlər süfrələrin açılması düzgün deyil”

“Bir insan Ramazan ayında oruc olmasa belə, bu aya xüsusi önəm verməlidir. Diqqətsizlik əlavə günah olaraq qeyd oluna bilər. Şəriət hökmlərində də qeyd olunur ki, bir insan oruc olmasa belə açıq cəmiyyətdə, oruclu insanların içində “rahat” davranması, qidalanması, xüsusilə siqaretdən istifadə etməsi və s. insana bəla gətirər”. Axirətə köçmüş insanların yas mərasimlərində gündüz zamanı açılan süfrələr çox böyük günah hesab olunur. İbadət ayında elə olur ki, dünyasını dəyişənlərin məclisləri təşkil olunur, iftar saatı olmadığı halda açıq-aşkar süfrələr qurmaq, ayı önəmsəməmək, oruc tutmayanların kütləvi şəkildə oturması bu aya, oruc tutanlara olan hörmətsizlikdir”.

 

Bunu Pravda.az-a açıqlamasında ilahiyyatçı Hacı Təyyar Hüseynli bildirib.

 

O vurğulayıb ki, belə bir məqamda səfərdə olanlar, xüsusi xəstəliyi olan insanlar istisnadır: “Onları kənara çəkərək qapalı yerdə süfrə açmaq mümkündür. Bu zərurətdən irəli gəlir. Ancaq əksi doğru deyil. Məclisi təşkil edənlər düşünürlər ki, dünyasını dəyişənlərin axirəti ilə bağlı savab iş görürlər, gələnlərə xidmət göstərmişik və s. Bu digər aylarda belə olsa da, Ramazan ayında günahdır. Tövbə ayı olduğu halda bəzi insanlar günahlarını artırmaqdadır. Müqəddəs ayda günahlar sıfırlanmalı, azaldılmalıdır. Mütəmadi spirtli içki qəbul edən insan nə qədər aludəçi olsa belə, bu müddətdə içmir, Ramazan ayından çəkinir. Çox insanlar var ki məhz bu ayda günahlarından arınır, bağışlanmaq istəyir. Amma günah işlər tutmaq çox böyük bəla gətirər”.

 

Şəhanə Quliyeva

Tarix: 20 Fevral 2026, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin