BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Samirənin qızı ilə bağlı qərar verdi

Meyxanaçı Samirə Yusifqızının qızı Fərəh 500 manat cərimələnib.


Pravda.az bildirir ki, bu barədə Qaynarinfo-ya Samirə özü məlumat verib.


Qərarı Xətai Rayon Məhkəməsi qəbul edib. Fərəhin ictimai mənəviyyata zidd hərəkətlər etdiyi müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinənin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.


"Qızım və mənim üçün bu qədər narahat olanlara səslənirəm, sakit olsunlar, ürəkləri gəlsin yerinə", deyə Samirə Yusifqızı bildirib.


Qeyd edək ki, bundan əvvəl Samirə Yusifqızının qızı Fərəhin saxlanılması barədə xəbər yayılıb. Buna səbəb onun sosial mediada yayılan görüntüləri olub. Fərəh həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı bütün qadınların qəzəbinə tuş gəlib. Samirə Yusifqızı isə övladının hərəkətinə görə Azərbaycan xalqından üzr istəyib.

Tarix: 20 Fevral 2026, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin