BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb.

Pravda.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub. 

Bildirilib ki, xəstələrdən 266 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 68 nəfərdir.

Qeyd edək ki, bu günədək Azərbaycanda 31 878 nəfər COVID-19-a yoluxub, onlardan 25 882-si sağalıb, 448 nəfəri isə vəfat edib.


Tarix: 31 İyul 2020, 21:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin