BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınlar niyə kişilərdən daha çox üşüyür?

Bir çox qadın xüsusilə soyuq havalarda əllərinin və ayaqlarının tez soyuduğunu deyir.

 

Pravda.az bildirir ki, qadınların kişilərlə müqayisədə soyuğa daha həssas olmasının həm bioloji, həm də hormonal səbəbləri var.

 

Araşdırmalarda qeyd edilir ki, qadınların dərisində soyuğu hiss edən reseptorların sayı daha çoxdur. Bu isə onların temperatur dəyişikliyinə daha tez reaksiya verməsinə səbəb olur. Bundan əlavə, qadınlarda qan damarları soyuq mühitdə daha sürətlə daralır. Nəticədə, xüsusilə əl və ayaqlara gedən qan axını azalır və bədən daha tez üşüyür.

 

Mütəxəssislər hormonların da bu prosesdə mühüm rol oynadığını vurğulayır. Menstrual dövrün müəyyən mərhələlərində bədən temperaturu dəyişə və soyuğa qarşı həssaslıq arta bilər. Eyni zamanda, qadınların qalxanabənzər vəz problemlərinə daha meyilli olması da üşümə hissini gücləndirən amillər sırasındadır. Maddələr mübadiləsinin yavaşlaması bədənin istilik istehsalını azalda bilər.

 

Bəzi ənənəvi təbabət yanaşmalarında isə bədənin istilik enerjisinin qorunmasının vacibliyi qeyd olunur və soyuqdan qorunmaq üçün isti geyim, balanslı qidalanma və aktiv həyat tərzi tövsiyə edilir.

 

Əminə Bayramova

Tarix: 20 Fevral 2026, 16:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin