BURADA REKLAMINIZ OLA
BİLƏR

Ötən il ölənlərin və doğulanların sayı məlum oldu

Ötən il ölkədə 59 834 ölüm halı qeydə alınıb ki, 2024-cü illə müqayisədə əhalinin hər min nəfəri üzrə bu göstərici dəyişməyib.

 

Pravda.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, ölənlərin 2 292 nəfəri (3,8 faizi) 0-17 yaşda, 5839 nəfəri (9,8 faizi) 18-49 yaşda, 14230 nəfəri (23,8 faizi) 50-64 yaşda, 37473 nəfəri (62,6 faizi) isə 65 və yuxarı yaşda olub.

 

Həmçinin 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 875 doğulan körpə qeydə alınıb. Bu o deməkdir ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.

 

Qeyd edilib ki, doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olub. Körpələrdən 3170-i əkiz, 117-si isə üçəm doğulub.

Tarix: 20 Fevral 2026, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin