Yasamal Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Kərəm Məcidovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə xuliqanlıq və qəsdən sağlamlığa yüngül zərər vurma faktı üzrə cinayət işinə məhkəmədə baxılıb.
İttiham aktına əsasən, Kərəm Məcidov silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edib.
Belə ki, 14 fevral 2024-cü il tarixdə saat 19:30 radələrində paytaxtın Yasamal rayonu ərazisindəki küçələrin birində təqsirləndirilən şəxs zərərçəkmiş Taleh Nəbiyevin (adı, soyadı şərtidir) onun keçmiş həyat yoldaşı ilə ailə həyatı qurmasını və qızı ilə görüşməsinə maneçilik törətməsini bəhanə gətirərək sonuncuya yaxınlaşıb. Kərəm Məcidov ətrafda digər şəxslərin olmasına məhəl qoymadan zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlədib, ona yumruq zərbələri endirib və bununla ictimai qaydanı qərəzli şəkildə pozub.
Daha sonra təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən bıçaqdan silah qismində istifadə edərək Talehin baş nahiyəsindən bir zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsin sağ ənsə nahiyəsində yara əmələ gəlib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilib.
İttihamda qeyd olunur ki, Təqsirləndirilən şəxs bu hərəkətləri ilə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı açıq hörmətsizlik nümayiş etdirərək, ictimai asayişi kobud şəkildə pozub və qərəzli xuliqanlıq hərəkətləri törədib.
Məhkəmə iclasında Kərəm Məcidov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, 14 fevral 2024-cü il tarixdə övladını görmək və keçmiş həyat yoldaşı ilə barışıq imkanını müzakirə etmək məqsədilə həmin ünvana gedib. Mübahisə yaranmaması üçün əvvəlcədən 102 xidmətinə zəng edərək əraziyə polis əməkdaşlarının göndərilməsini xahiş etdiyini deyib.
Onun sözlərinə görə, hadisə yerinə çatdıqda Taleh ona hücum edib və aralarında qarşıdurma baş verib. Təqsirləndirilən şəxs bildirib ki, 102 xidməti ilə danışdığı zaman sağ və sol nahiyəsindən zərbələr alıb və yerə yıxılıb. Həmin vaxt yanında qardaşı oğlu da olub. O, qarşı tərəfin əlində dəmir parçası gördüyünü və xəsarətin həmin dəmir parçası ilə yetirildiyini iddia edib.
Kərəm Məcidov həmçinin qeyd edib ki, hadisədən sonra özü 102-yə zəng edərək bir nəfərə xəsarət yetirdiyini bildirib və hansı polis bölməsinə müraciət etməli olduğunu soruşub. O, istintaqdan yayınmadığını və könüllü şəkildə hüquq-mühafizə orqanlarına müraciət etdiyini vurğulayıb.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin